Zərif: İran regionda hegemonçuluq ardınca deyil
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Böyük qüdrətlər və onların regional müttəfiqləri öz yanlış seçimlərinə görə, İranı ittiham edirlər. Halbuki, güclü bir regionun tərəfdarıdır və regionda hegemonçuluq ardınca deyil.
Məhəmməd Cavad Zərif bazar günü Münhen təhlükəsizlik konfransında İsrailin baş naziri Benyamin Netanyahunn bu iclasdakı anti-İran çıxışını sirk tamaşası adlandırıb və deyib: İsrail rejimi Livana hərbi müdaxilə edir, Fələstini işğal edir, Suriyanı hər gün hərbi hücumlarla hədəfə alır. Bu rejim bütün qonşularına hərbi müdaxilə edib və hər gün Suriyanın quru və hava sərhədlərini pozur.
Zərif əlavə edib: İsrail qırıcısının bir neçə gün öncə vurulması da İsrailin məğlubedilməzlik əfsanəsini darmadağın etdi.
İranın xarici işlər naziri həmçinin, İŞİD-in məğlub olmasının ifratçılığın məhvi mənasında olmadığını deyərək, əlavə edib: İfratçılığın xüsisilə də təkfirçiliyin kökləri hələ qurumayıb və istənilən zaman onun yenidən canlanması mümkündür.
Məhəmməd Cavad Zərif təhlükəsizliyin əməkdaşlıqdan asılı olduğunu deyərək, əlavə edib: İran nüvə anlaşmasının icra edilməsindən sonra, regional bir dialoq mərkəzinin yaradılmasını təklif etdi. Çünki, bu, regionu hazırkı təəssüfləndirici vəziyyətdən xilas etməyin yeganə yoludur.
İranın xarici işlər naziri Fars körfəzi ətrafında yerləşən ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin bütün sahələr üzrə ciddi addımların atılmasına ehtiyaclı olduğunu bildirib və deyib: Ərəbistan İran ilə ciddi dialoqun tərəfdarı olarsa, İran və Ərəbistan arasında həll olunmayacaq hansısa böhranın olmadığına inanıram.
İranın xarici diplomatiya idarəsinin başçısı həmçinin, nüvə anlaşması ilə bağlı son addımların İranın maraqlarına uyğun olmadığını deyərək, İranın, nüvə anlaşmasının pozulacağı təqdirdə, anlaşmanı pozan tərəfi peşman edəcək cavaba malik olacağını deyib.
Zərif İran İslam Respublikasının nüvə anlaşması çərçivəsində bütün öhdəliklərinə sadiq qaldığını deyərək, əlavə edib: İsrail rejiminin baş nazirinin riyakar və aldadıcı çıxışına baxmayaraq, nüvə an laşması qorunacaq.