İran və Almaniya əməkdaşlıq memorandumu imzaladılar
https://azeri.sahartv.ir/news/İran-i297591-İran_və_almaniya_əməkdaşlıq_memorandumu_imzaladılar
İranın Texniki Peşə Təhsili Təşkilatı, Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası və Almaniyanın Təhsil və Peşə Fondu arasında təhsil və peşə sahəsində əməkdaşlıq üzrə üçtərəfli memorandum imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 09:02 Asia/Baku
  • İran və Almaniya əməkdaşlıq memorandumu imzaladılar

İranın Texniki Peşə Təhsili Təşkilatı, Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası və Almaniyanın Təhsil və Peşə Fondu arasında təhsil və peşə sahəsində əməkdaşlıq üzrə üçtərəfli memorandum imzalanıb.

İRİB-nin verdiyi məlumata görə, bu memoranduma əsasən İranın Ticarət Palatasının peşə təhsili sahəsindəki səyləri və əməkdaşlıqları habelə,  İranın Texniki Peşə Təhsili Təşkilatının əməkdaşlığı ilə İran şirkətlərində ölkədə ikili peşə təhsili layihəsinin icrasına maraq oyadılacaq. 

Həmçinin, bu üç illik anlaşma əsasında bir və ya bir neçə peşə sahəsində peşə təhsilinə şərait yaradılacaq və Almaniyanın ikili peşə təhsili proqramı əsasında İranın bir neçə ostanında oxşar proqramlar icra ediləcək.