İranın 3 hərbi gəmisi Mumbaya yan aldı
İran İslam Respublikasının 3 hərbi gəmisi Hindistanla münasibətlərin inkişaf etdirilməsi məqsədilə Mumbay limanına yan alıb.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Nəqədi, Bayəndər esminesləri və Tonb hərbi dəstək gəmisindən ibarət İran İslam Respublikası ordusunun hərbi dəniz qoşunlarının təlim əməliyyat qrupu İran və Hindistan arasında münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, eləcə də sülh və dostluq mədəniyyətinin genişləndirilməsi məqsədilə çərşənbə axşamı günü Mumbay limanına yan alıb.
İran İslam Respublikası ordusunun hərbi dəniz qoşunlarının gəmi qrupu Mumbay limanında dörd gün qalacaq. Bu zaman ərzində iki ölkənin hərbi dəniz qüvvələrinin rəsmilərinin görüşləri təşkil olunacaq, İranın gəmi qrupu hərbi əməliyyat və təlim mərkəzləri ilə tanış olacaq, mədəni-tarixi obyektlərə baş çəkəcək, idman yarışları təşkil edəcək.