Qasimi: İranın Bonndakı səfirliyinin sabiq binası fürsətdən sui-istifadə edənlərdən təmizlənib
Mart 17, 2018 16:38 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam Respublikasının Almaniyanın Bonn şəhərindəki sabiq səfirliyi binasının fürsətdən sui-istifadə edən şəxslərdən təmizləndiyini bildirib.
İran XİN sözçüsü Bəhram Qasimi deyib: Həyata keçirilən tədbirlər və Almaniya polisinin əməkdaşlığı ilə son günlərdə qeyri-qanuni şəkildə İranın Bonn şəhərindəki sabiq səfirliyinin binasında yerləşmiş şəxslər çıxarılmış və bu bina İran İslam Respublikasının Frankfurtdakı baş konsulluğuna təhvil verilmişdir.
İran XİN sözçüsünün dediyinə görə, fürsətdən sui-istifadə edən dörd nəfər İranın sabiq binasının son illərdə boş olmasından istifadə edərək bir neçə gün icazə olmadan qeyri-qanuni şəkildə orada yerləşmişdi.