Mart 30, 2018 20:38 Asia/Baku
  • Sabah dünya şiələrinin birinci imamının səadətli mövlud günüdür
    Sabah dünya şiələrinin birinci imamının səadətli mövlud günüdür

Dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin (ə) səadətli mövludunun ildönümü gecəsində İslami İran şənlik içindədir

Sabah 13 rəcəb, dünya şiələrinin birinci imamı Həzrət Əmirəlmöminin Əlinin (ə) səadətli viladətinin ildönümü günüdür.

Həzrət Əli İbn Əbitalib (ə) Rəcəb ayının on üçündə anası Fatimə Bint Əsədin Kəbə evinin divarının yarılması və onun içəri daxil olması ilə bu müqəddəs məkanda dünyaya göz açmışdır.

Həzrət İmam Əli (ə) yeniyetməlik dövründə Əziz İslam Peyğəmbərinin (s.ə.s) yanında böyüdü. O İslam dininə iman gətirən ilk şəxs idi və bütün mərhələərdə Əziz İslam Peyğəmbərinin (s.ə.s) islam dininin təbliği və yayılmasında əsas köməkçisi sayılırdı.

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının mövludunun ildönümü günü "Atalar Günü" adlandırılmışdır.

İslami İranın mömin xalqı müqəddəs məkanlara getməklə və Həzrət Əlinin (ə) mövludunun ildönümü gecəsi və günündə müxtəlif şənliklər təşkil etməklə Atalar Gününü təbrik etmək üçün öz valideynlərinə baş çəkir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin (ə) viladətinin ildönümü gününün gəlib çatması münasibəti ilə müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər