İranın Xarici İşlər Nazirliyi Cənubi Afrikada şiələrin məscidinə edilən hücumu qınadı
https://azeri.sahartv.ir/news/İran-i306868-İranın_xarici_İşlər_nazirliyi_cənubi_afrikada_şiələrin_məscidinə_edilən_hücumu_qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Cənubi Afrikanın Duryan məntəqəsində şiələrin məscidinə edilən hücumu qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2018 15:38 Asia/Baku
  • İranın Xarici İşlər Nazirliyi Cənubi Afrikada şiələrin məscidinə edilən hücumu qınadı
    İranın Xarici İşlər Nazirliyi Cənubi Afrikada şiələrin məscidinə edilən hücumu qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Cənubi Afrikanın Duryan məntəqəsində şiələrin məscidinə edilən hücumu qınayıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bəhram Qasemi cümə günü Cənubi Afrikanın Duryan şəhərində yerləşən şiələrin İmam Hüseyn(ə) məscidinə edilən hücumu qınayaraq, bu hadisədə bir nəfərin həyatını itirməsi və bir neçə  nəfərin də  yaralanmasına görə Cənubi Afrika hökuməti, xalqı və hadisə qurbanlarının yaxınlarının kədərini bölüşüb.

Qasemi bu cinayət aktı ilə bağlı təcili surətdə araşdırmaların aparılmasını istəyərək, deyib: Bu addım məzhəblərarası ixtilaflara rəvac vermək və böhran yaratmaq məqsədi daşıyır. Buna görə də bütün ölkələr bu kimi məsələlər qarşısında ayıq olmalı, ifratçılıq ilə mübarizə aparılmalı və təkfirçilik düşüncəsinə malik olan cinayətkar qrupların kökünün kəsilməsi məsələsi bir prioritet olaraq diqqətə alınmalıdır.