İyun 26, 2018 08:21 Asia/Baku
  • Ruyani İranın futbol komandasının səylərini yüksək qiymətləndirib
    Ruyani İranın futbol komandasının səylərini yüksək qiymətləndirib

İran İslam Respublikası prezidenti bu gün səhər İranın futbol yığmasına müraciətdə bildirib: Siz böyük bir xalqın rövyalarını reallaşdırmaq üçün döyüşdüyünüzə görə, adı çempionluq və pəhləvanlıqla çəkilən və öz idmançılarının fədakarlığının qədrini bilən xalqa iftixar qazandırdınız.

İRNA-nın verdiyi məlumata görə, Həsən Ruhani bu müraciətdə bildirib: "Allahın salamları siz İranın qeyrətli və sarsılmaz igidlərinə olsun ki, Rusiya-2018 dünya çempionatı rəqabətlərində parlaq oyunlar nümayiş etdirərək, dünyanın gözü önündə bütöv, ümidvar və çalışqan bir xalqı canlandırdınız."

İranın yığma futbol komandası Rusiya çempionatında qrup mərhələsindəki son yarışında dünən gecə Tehran vaxtı ilə saat 22-30-da  Rusiyanın Saransk şəhəri stadionunda Portoqaliya komandası ilə yarışa başladı və çox möhtəşəm yarış nümayiş etdirərək 1-1 hesabı ilə çempionatdan ayrıldı.

 

Teqlər