İyul 05, 2018 08:59 Asia/Baku
  • Fransa, Belçika səfirləri və Almaniya müvəqqəti işlər vəkili İran XİN-ə çağrıldılar

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Parisdə terrorçu Münafiqlər qruplaşmasının toplantısında partlayış törətməklə bağlı əsassız ittihamla Almaniyada İran diplomatlarından birinin saxlanılmasına etiraz olaraq çərşənbə günü Fransa və Belçika səfirləri və Almaniyanın müvəqqəti işlər vəkilini çağırtdırıb.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı Fransa səfiri və Almaniya müvəqqəti işlər vəkili ilə görüşdə İranın diplomatın saxlanılmasına sərt etirazını bildirib, Vyana konvensiyasına əsasən diplomatların toxunulmazlığın qeyd edərək İslam Respublikasının diplomatının qeyd-şərtsiz və dərhal azad edilməsini istəyib. 

İraqçı bu hərəkəti İran və Avropa münasibətlərini korlamaq üçün ssenari və məkrli plan adlandırıb. Çünki İran prezidenti Avropaya səfər edib və bu yaxınlarda İran və 4+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Məkrli planda məqsəd ABŞ və sionist rejimin məqsədləri istiqamətində qeyd olunan iclası diqqət mərkəzində saxlamaq idi. 

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini hər hansı terror aktının pislənilməsi üzrə İslam Respublikasının prinsipial siyasətlərinə toxunaraq bildirib: Mövcud fakt və sənədlərə əsasən bu gülünc şounun planlaşdırılmasında Münafiqlər qruplaşmasının rolu aydındır. Necə ki, bu qruplaşmanın həbs olunan üzvlərindən ikisinin yanında partlayıcı maddələr aşkarlanıb. 

Bununla əlaqədar Belçika səfiri də İran Xarici İşlər Nazirliyinin Avropa Baş İdarəsinin baş direktorunun köməkçisi ilə görüşüb və İran İslam Respublikasının qeyd olunan diplomatın Almaniyadan Belçikaya aparılması üzrə müraciətə etirazı ona çatdırılıb. 

Fransa, Belçika səfirləri və Almaniya müvəqqəti işlər vəkili də bu görüşdə bildiriblər ki, məsələni tezliklə ölkələrinin rəsmilərinin diqqətinə çatdıracaqlar. 

Terrorçu Münafiqlər qruplaşmasının illik toplantısı 30 iyunda bu qruplaşmanın başçısı və qərbin bəzi sabiq rəsmilərinin iştirakı ilə Parisdə keçirildi. 

Teqlər