Avq 07, 2018 17:43 Asia/Baku
  • Qasemi: Müzakirə üçün amerikalı tərəfə heç bir etimad mövcud deyil
    Qasemi: Müzakirə üçün amerikalı tərəfə heç bir etimad mövcud deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin İran rəsmilərilə dialoqa hazırlığı barədəki sözlərinə toxunaraq, deyib: Amerikalıların İrana qarşı geniş psixoloji müharibə yaratmaq üzrə siyasətlərinə əsasən, amerikalı tərəfə və bu ölkə prezidentinə heç bir etimad və əminlik mövcud deyildir.

Bəhram Qasemi ISNA ilə müsahibədə bildirib ki, İran qüdrətli bir ölkədir və dialoqdan qorxmur. O, əlavə edib: Nüvə anlaşması kimi bir anlaşmadan özbaşına və birtərəfli şəkildə çıxan və öz ənənəvi şəriklərindən də heç bir dəstəyə malik olmayan bir kəs necə müzakirə iddiasına malik ola bilər.

Amerika prezidenti Donald Tramp son zamanlar iddia edibdir ki, önşərt olmadan İran rəsmilərilə müzakirəyə girməyə hazırdır.

Qasemi bildirib ki, Amerika prezidentinin İranla müzakirə barədəki son mövqeyi sionist rejimin və regiondakı bəzi tərs ölkələrin başçıları arasında çaş-başlıq yaradıbdır. O, əlavə edib: Tramp bu manevrlə Qüdsü işğal etmiş rejimdən və özü ilə eyniistiqamətli olan bəzi ölkələrdən daha çox pul almaq istəyir.

Teqlər