Qasimi: ABŞ-ın İrana qarşı düşmənçilik hərəkətləri beynəlxalq qanunlara ziddir
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İran əleyhinə təşəbbüs qrupu təşkil etməsini bu ölkənin düşmənçilik siyasətləri və beynəlxalq qanunlara zidd istiqamətdə qiymətləndirib.
İRİB-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bazar ertəsi günü yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentində İran əleyhinə təşəbbüs qrupunun təşkil olunması haqda deyib: Birləşmiş Ştatların davranışı və hərəkətləri bütün beynəlxalq qaydalara ziddir və belə hərəkətlərlə heç bir yerə çatmayacaq.
İran XİN sözçüsü avropalıların İranda Avropa şirkətlərinin iştirakı və iqtisadi paket təqdim etməyə çalışmaları haqda deyib: Avropa Birliyinin siyasi mövqeyi çox şəffafdır, həm Avropa Birliyi, həm Rusiya və Çin nüvə sazişinin digər üzvləri olaraq ABŞ-ın sazişi tərk etməsindən sonra iqtisadi əməkdaşlıqlar sahəsində irəliləmişlər.
İran XİN-in mətbuat katibi bununla belə iş prosesinin sürətindən tam razılığın olmadığını bildirərək deyib: Avropa ölkələri ciddi şəkildə və sürətlə bu haqda öz səylərini davam etdirməlidirlər.