İran parlamenti 8 ticarət 12 iqtisadi zonanın yaradılması ilə razılaşıb
Sen 02, 2018 13:42 Asia/Baku
İranın islami şura məclisinin üzvləri 8 azad sənaye-ticarət və 12 iqtisadi zonanın yaradılması ilə razılaşıblar.
İranlı deputatlar bu günkü açıq iclasda müqavimət iqtisadiyyatının ümumi siyasətləri istiqamətində azad zonaların fəaliyyətlərinin genişləndirilməsi üçün hökumətə altıncı inkişaf praqlarmının müddəalarına riayət etmək şərti ilə, 8 fərqli bölgədə azad sənaye-ticarət zonaları yaratmaq icazəsi verib.
Millət vəkilləri həmçinin hökumətə ölkənin 12 bölgəsində xüsusi dərman-iqtisadi zonası yaratmaq icazəsi veriblər.
İran parlamenti ölkənin digər vilayətlərində müəyyən şərtlərə riayətlə və ətraf mühiti mühafizə təşkilatının qəti razılığı ilə hökumətə özəl iqtisadi zona yaratmaq izni veriblər.