Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə manevri
İran İslam Respublikası silahlı qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə manevrinə start verilib.
İran İslam Respublikası ordusunun koordinasiya məsələləri üzrə baş komandan müavini Həbibullah Səyyari Tehranın şərqində yerləşən Semnan məntəqəsində deyib: "Vilayət-97" hava hücumundan müdafiə manevrinin birinci mərhələsi hərbi təchizatların ildırım sürətilə yerləşdirilməsi və döyüşə hazır vəziyyətə gətirilməsi əməliyyatı ilə yanaşı olub. Əməliyyatın başlıca hissəsi 500 min kvadrat kilometrlik bir ərazini əhatə edən ölkənin şimal, şərq, qərb və mərkəzi vilayətlərini əhatə edir.
Səyyari daha sonra deyib: Ordunun hava hücumundan müdafiə qüvvələri, Sepah-ın aviasiya və kosmonavtika qüvvələri və ordunun hava qüvvələri bu manevrdə yerli istehsal olan ən son təchizatlarını sınaqdan keçirirlər.
Səyyarinin dediyinə görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə üzrə birgə manevri hərbi təchizatların yerləşdirilməsi, düşmən qüvvələr ilə mübarizə və hava hücumundan müdafiə habelə, düşmənin bütün qurğularının aşkar edilməsi, izlənilməsi və məhv edilməsi əməliyyatlarına şamil olur.