Dek 22, 2018 11:24 Asia/Baku
  • İranın cənubunda
    İranın cənubunda " Böyük peyğəmbər(s) 12" hərbi təlimlərinə start verilib

İranın cənubunda Qişm adasında sülh müraciəti və "ya rəsullallah kodu ilə " Böyük peyğəmbər(s) 12" hərbi təlimlərinə start verilib.

İRİB-in verdiyi məlumata görə, islam inqilabı keşikçiləri korpusunun quru qoşunları komandanı general mayor Məhəmməd Pakpur bu gün deyib: Milli birlik sayəsində davamlı təhlükəsizliyin təmini və güc nümayişi eləcə də strateji müdafiə potensiallarının genişləndirlməsi məqsədi ilə keçirilən " Böyük peyğəmbər(s) 12" hərbi təlimləri müdafiə xarakterlidir və düşmənlərin ehtimal edilən təhdidlərinə uyğun olaraq həyata keçirilir. 

General Pakpur deyib: Bu hərbi təlimlərdə sürətli reaksiya bölmələri, patizan qüvvələri, döyüş və müşahidə PUA-ları, döyüş vertolyotları, locestika, mühəndislik və təxribat bölmələri, nəzarət və komandanlıq sistemləri eləcə də Sepahın quru qoşunlarının Zülfiqar dəniz diviziyası iştirak edirlər. 

İran İslam inqilabı keşikçiləri korpusunun quru qoşunlarının komandanı təlimlərin keçirilməsində məqsədin, müdafiə metodundan hücum metoduna keçmək, sürətlə geri almaq əməliyyatı, adaları müdafiə üçün ağır atəş, sahillərin nəzarətə alınması üçün xüsusi hücum layihələrinin və düşmənin infrastrukturları və təsisatlarının məhvinin məşq edilməsi olduğunu bildirib. 

General Pakpur həmçinin İran İslam Respublikasının heç bir ölkəyə qarşı təhdid olmadığını vurğulayaraq deyib: Düşmənlərin pis niyyəti olarsa İran onların qarşısında var gücü ilə müqavimət göstərəcək.

 

 

Teqlər