Yan 10, 2019 11:15 Asia/Baku
  • Zərif: Siyasi sabitlik

İran İslam Respublikasının xarici işlər naziri siyasi sabitlik və bütün region ölkələrinin əməkdaşlığını regionda davamlı sülh və təhlükəsizliyə zəmanət verəcək "güclü region"un başlıca komponentlərindən adlandırıb.

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü Hindistanda keçirilən illik beynəlxalq "Raisina" konfransında regionun hazırda ifratçılıq və terrorizm kimi problemlər ilə üz-üzə olduğunu deyərək, əlavə edib: Artıq region ölkələri təhlükəsizliyi satın almaq və ya idxal etməyin mümkünlüynə dair mənasız düşüncələri bir kənara qoymalıdırlar. 

Zərif "güclü məntəqə"nin komponentlərinə gəlincə deyib: Regionda təhlükəsizlik başqalarını təhlükəyə atmaqla əldə edilə bilməz. Bütün ölkələr yararlı, reallığa əsaslanan və mötədil bir mexanizmin formalaşdırılmasına doğru hərəkət etməlidir. 

İranın xarici işlər naziri daha sonra "regional dialoq assambleyası" layihəsinə işarə edərək, deyib: Belə bir assambleya bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və milli hakimiyyətinə hörmət etməlidir. Və digər ölkələrin daxili işlərinə müdaxilənin edilməməsi üzərində qurulmalıdır. İxtilafların dinc yolla həllinə diqqət göstərməli, sülhü gücləndirməli, sabitlik, inkişaf, ümumi rifah və müvəffəqiyyət üçün səy göstərməlidir. 

İranın xarici işlər naziri sonda Tehran və Yeni Dehlinin bir çox ortaqlıqlara malik olduğuna işarə edərək, deyib: İran qonşu ölkələr xüsisilə də Fars Körfəzi ətrafında yerləşən ölkələr ilə dost münasibətlərə qucaq açır. 

Məhəmməd Cavad Zərif illik beynəlxalq Raisina konfransında iştirak etmək üçün Hindistana səfər etmişdi. 

Teqlər