Fev 17, 2019 12:42 Asia/Baku
  • Laricani: Pakistan dövləti Sistan və Bəluçestan terror hücumuna görə cavabdeh olmalıdır
    Laricani: Pakistan dövləti Sistan və Bəluçestan terror hücumuna görə cavabdeh olmalıdır

İran İslam Şurası Məclisinin sədri deyib: "Ceyşulzulm" terror qruplaşmasının İranın cənub-şərqindəki Sistan və Bəluçestan vilayətinə qarşı hücumu həmin ölkədən planlaşdıraraq icra etdiyinə görə, Pakistan dövləti cavabdeh olmalıdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün məclisin plenar iclasında əlavə edib: Bu kimi rəftarlar İran-Pakistan əməkdaşlıq səviyyəsinə xələl gətirir və bu zaman kəsiyində İslamabad məsuliyyətsiz hərəkət etməməlidir.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

İran İslam Şurası Məclisinin sədri həmçinin anti-İran Varşava konfransına toxunaraq bildirib ki, Amerikanın və sionist rejimin Varşava konfransını keçirmək üzrə tələsik hərəkəti indi onları əliboş göstərir.

Çərşənbə və cümə axşamı günləri Polşa paytaxtında keçirilən anti-İran Varşava iclası ABŞ və sionist rejimin İranın adını onun yekun bəyanatında yerləşdirmək sahəsində uğursuz qalmaları ilə başa çatdı.

Teqlər