Pakistan 22 iranlı dənizçini azad etdi
https://azeri.sahartv.ir/news/İran-i337697-pakistan_22_iranlı_dənizçini_azad_etdi
Səhvən Pakistan sularına daxil olduqları üçün saxlanılan 22 iranlı dənizçi bu gün azad ediliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2019 13:35 Asia/Baku
  • Pakistan 22 iranlı dənizçini azad etdi

Səhvən Pakistan sularına daxil olduqları üçün saxlanılan 22 iranlı dənizçi bu gün azad ediliblər.

İRNA-nın məlumatına görə, bu iranlı dənizçilər 5 ay öncə səhvən Pakistanın sahil sularına daxil olduqları üçün Pakistanın sahil polisi tərəfindən saxlanılmışdılar. iran İslam Respublikasının baş konsulluğunun yaranmış vəziyyətlə bağlı araşdırmalarının sonunda bu 22 iranlı dənizçi azad edildi.

Ötən iki ildə İran İslam Respublikasının Karaçi şəhərindəki baş konsulluğunun səyləri nəticəsində Pakistanın Sind vilayətində həbsdə olan 50 İran vətəndaşı azad edilib.