Bu gün, İran İslam Respublikası Ordusu günüdür
Bu gün, fərvərdin ayının 29-u, İran İslam Respublikası Ordusu üzvlərinin rəşadətləri və fədakarlıqlarının dəyərləndirilməsi günüdür.
Fərvərdin ayının 29-nun ordu günü adlandırılması İran İslam Respublikasının banisi, İmam Xomeyni(r.ə)-in təşəbbüslərindən olub. Bu təşəbbüs İran İslam Respublikası Ordusunun müxtəlif daxili və xarici sabotajlarla üzləşdiyi bir şəraitdə irəli sürülübdür.
Bu gün 29 fərvərdin, İran İslam Respublikası Ordusu günü münasibətilə keçiriləcək mərasimdə ölkə prezidenti Həsən Ruhani çıxış edəcək və İran ordusunun nümunəvi bölmələri prezidentin və İran İslam Respublikası Ordusunun yüksək rütbəli rəsmilərinin qarşısından keçəcəklər. Mərasim Tehranda İmam Xomeyni(r.ə)-in məqbərəsi ətrafında keçiriləcək.
İran İslam Respublikası Ordusu İranın müdafiə və hərbi bacarığının gücləndirilməsində mühüm rol oynayır və müxtəlif meydanlarda İran İslam Respublikasının maraqlarını müdafiə edir.