İran silahlı qüvvələri bütün ölkədə parad keçiriblər
https://azeri.sahartv.ir/news/İran-i339067-İran_silahlı_qüvvələri_bütün_ölkədə_parad_keçiriblər
Bu gün Tehranda və İranın digər şəhərlərində eyni vaxtda İran İslam Respublikası Ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın nümunəvi bölmələrinin paradı keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 18, 2019 05:34 Asia/Baku
  • İran silahlı qüvvələri bütün ölkədə parad keçiriblər
    İran silahlı qüvvələri bütün ölkədə parad keçiriblər

Bu gün Tehranda və İranın digər şəhərlərində eyni vaxtda İran İslam Respublikası Ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın nümunəvi bölmələrinin paradı keçirilib.

Tehranda İmam Xomeyni(r.ə)-in məqbərəsi ətrafında keçirilən mərasimdə İran İslam Respublikası Ordusunun nümunəvi bölmələri ölkə prezidenti Həsən Ruhaninin və İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın yüksək rütbəli rəsmilərinin qarşısından keçiblər.

Ordu günü münasibətilə keçirilən paradda "Kosər" tipli yerli qırıcılar mərasimin keçirildiyi məkanın səmasında hava manevri əməliyyatını uğurla həyata keçiriblər. Həmçinin bu mərasimdə üç ədəd "Saeqe" tipli qırıcı, 3 ədəd "Miq-29" qırıcısı, bir ədəd 707 tipli yanacaqdaşıyan təyyarə və bir ədəd F-14 qırıcısı parad keçiblər.

Bu il ilk dəfədir ki, İranın yerli qırcıları 29 fərvərdin paradında iştirak edirlər.

Bu gün, fərvərdin ayının 29-u, İran İslam Respublikası Ordusu üzvlərinin rəşadətləri və fədakarlıqlarının dəyərləndirilməsi günüdür.