Apr 24, 2019 11:50 Asia/Baku
  • İran Fransanın nüvə anlaşması qarşısındakı mövqeyini alqışlayıb
    İran Fransanın nüvə anlaşması qarşısındakı mövqeyini alqışlayıb

İranın Parisdəki səfirliyi Fransanın nüvə anlaşmasının icrasının davam etməsi üzrə iradəsinə dair mövqeyini və İranın bu anlaşmadan əldə olunan mənfəətlərdən bəhrələnməsinin təmin olunması üzrə səyini rəğbətlə qarşılayıb.

İranın Parisdəki səfirliyi dünən axşamçağı öz twitter səhifəsində bildirib: İran daim birtərəfliliyə rəvac vermək və diplomatik nailiyyətləri pozmaq məqsədi güdən qeyri-prinsipial baxışlar qarşısında çoxtərəflilik prinsipləri və beynəlxalq əlaqələr üzrə vəziyyətin yaxşılaşdırılmasına dair real mövqeləri alqışlayır.

İranın Parisdəki səfirliyi həmçinin İranın xarici işlər naziri tərəfindən Fransanın xarici işlər nazirinə mühüm bir müraciətin göndərilməsindən xəbər verib.

Fransa Xarici İşlər Nazirliyi dünən bir bəyanatda nüvə anlaşmasının icrasının davam etməsinə təkid edərək, bildirib: İranla üç Avropa ölkəsi arasındakı İNSTEKS maliyyə mexanizmi yaxşı irəliləyişə malik olub.

Fransa Xarici İşlər Nazirliyi vurğulayıb: Fransa öz avropalı şərikləri ilə yanaşı, İranın, sanksiyaların aradan götürülməsindən irəli gələn iqtisadi mənfəətlərdən bəhrələnməsi məqsədilə göstərdikləri səyləri davam etdirmək əzmindədirlər.

Fransa Xarici İşlər Nazirliyinin nüvə anlaşmasının icrasının davam etməsini himayə etməsi elə bir şəraitdədir ki, ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də birtərəfli hərəkətdə ölkəsinin nüvə anlaşmasından çıxdığını elan etdi və bu anlaşma əsasında götürülmüş sanksiyaları iki mərhələdə geri qaytardı.

Ağ Ev həmçinin bazar ertəsi günü bildirdi ki, İran neftinin alıcıları üçün sanksiya güzəştlərini uzatmayacaqdır.

Amerika bundan öncə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan və Tayvanı altı ay müddətinə İrana qarşı neft sanksiyalarından istisna etmişdi.

 

 

Teqlər