Ruhani: İran xalqı quldurlara boyun əyməz
May 21, 2019 21:29 Asia/Baku
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın öz inkişafına görə İran xalqının birliyi və həmrəyliyinə borclu olduğunu söyləyərək, dedi: İran xalqı quldurlara boyun əyməz.
İRNA-nın məlumatına görə, Həsən Ruhani Qərbi Azərbaycan vilayətində yeni layihələrin istifadəyə verilməsi mərasimində dedi: İran xalqının qüdrəti o qədər çoxdur ki, təhdid dili ilə danışan düşmən o an peşiman olaraq, müharibə ardınca olmadıqlarını elan etməyə məcbur olurlar.
Qərbi Azərbaycanda İran prezidentinin iştirakı ilə 27 iri iqtisadi və investisiya layihəsi istifadəyə verildi.