İyun 01, 2019 18:58 Asia/Baku
  • Ruhani: Tehran-Duşənbə əlaqələri genişləndirilməlidir
    Ruhani: Tehran-Duşənbə əlaqələri genişləndirilməlidir

İran İslam Respublikası prezidenti İran və Tacikistan arasındakı mədəni, tarixi, ədəbi və dini ortaqlıqlara işarə edərək, dedi: Tehran-Duşənbə münasibətləri iki ölkə xalqlarının maraqları və dostluq münasibətləri çərçivəsində daha da möhkəmləndirilməlidir.

Həsən Ruhani şənbə günü Tehranda Tacikistanın xarici işlər naziri Siracəddin Mehrəddin ilə görüşdə İranın daim Tacikistanda sülh, sabitlik, təhlükəsizlik və inkişafın tərəfdarı olduğunu deyərək, iki ölkə əlaqələrinin möhkəmləndirilməsini istəyib və deyib: Tehran texniki-mühəndislik xidmətləri və təcrübə mübadiləsi yolu ilə Tacikistanda müxtəlif layihələrin icrasında iştiraka hazırdır. 

İran prezidenti daha sonra Çabəhar limanının genişləndirilməsinin önəminə təkid edərək, dedi: İran Tacikstan üçün ən sərfəli və ən təhlükəsiz tranzit yolu ola bilər. 

RUhani həmçinin, bu gün regionun həssas bir şəraitdə olduğunu deyərək, əlavə edib: Bu gün terrorçular İRaq və Suriyadan çıxıblar. Amma, onların Mərkəzi Asiyaya üz tutmalarına dair nigaranlıqlar mövcuddur. Bu üzdən İran və Tacikistan terrorizm ilə mübarizədə birgə əməkdaşlıq edə bilərlər. 

Sİracəddin Mehrəddin də bu görüşdə İranın siyasətlərinin daim regionda terrorizm və ifratçılıq ilə mübarizədə təsirli olduğunu deyərək, əlavə edib: Tehran-DUşənbə əlaqələrinin genişləndirilməsi çox önəmlidir. 

Tacikistanın xarici işlər naziri daha sonra ölkəsinin Çabəhar limanından faydalanmaqda maraqlı olduğunu və İran şirkətlərinin təcrübələrindən istifadə etmək istədiyii bildirib və deyib: Tacikistan xüsusilə enerji və infrastruktur layihələrdə İran şirkətlərinin təcrübələrindən faydalanmaq istəyir. 

Teqlər