İyun 10, 2019 16:56 Asia/Baku
  • İran Fars Körfəzi ölkələri ilə dialoqa hazırdır
    İran Fars Körfəzi ölkələri ilə dialoqa hazırdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: İran İslam Respublikası Fars Körfəzi ölkələrinin hər biri ilə ikitərəfli və region məsələləri barədə dialoqa hazır olub və indi də hazırdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün daxili və xarici müxbirlərlə həftəlik brifinqində müxbirimizin əmirliklərin xarici işlər nazirinin Fars Körfəzi ətrafındakı ölkələrin nüvə anlaşmasına üzv ölkələrin İranla müzakirələrində iştirakları vacibliyinə dair iddiası haqdakı sualına cavabda əlavə edib: İran xarici işlər nazirinin regional dialoqlar assambleyasının yaradılması və təcavüzün qadağan olunması müahidəsinin imzalanması barədəki təklifi Fars Körfəzi ətrafındakı ölkələrin dialoqlarının başlanğıcı ola bilər.

İran Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya və Media Mərkəzinin rəhbəri ABŞ prezidenti Donald Trampın anti-İran sözləri barədə isə belə deyib: Tramp hökuməti nüvə anlaşmasından qanunsuz çıxışla elə mövqedə deyildir ki, İran üçün vəzifə təyin və İran xalqına qarşı maksimum təzyiq və kövrək sanksiyaların tətbiq edilməsi ilə yanaşı İranla müzakirə iddiası ilə çıxış etmiş olsun.

Teqlər