İyun 13, 2019 19:16 Asia/Baku
  • Ruhani: İranın səyi, region sülhü və təhlükəsizliyinin qorunmasıdır
    Ruhani: İranın səyi, region sülhü və təhlükəsizliyinin qorunmasıdır

İran İslam Respublikası prezidenti Şanxay təşkilatına üzv ölkələrin dövlət başçıları şurasının iclasında iştirak və çıxış məqsədilə bu gün axşam Tehrandan Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.

Bu səfərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, energetika nazir Reza Ərdəkaniyan, həmçinin İranın prezident administrasiyasının sədri Məhmud Vaezi Həsən Ruhanini müşayiət edirlər.

İran prezidenti bu səfərdə Şanxay iclasında iştirak edən heyətlərin başçıları ilə görüşlər keçirəcək.

Bişkekdə keçirilən Şanxay sammitindən sonra İran prezidenti Asiyada anlaşma və etimad yaradan addımlar konqresinin beşinci iclasında iştirak və çıxış üçün Tacikistanın paytaxtı Düşənbəyə getməlidir.

Teqlər