Ruhani: Avropanın nüvə anlaşmasındakı fürsəti çox azdır
İran İslam Respublikası prezidenti Tehranın ötən bir ildə nüvə anlaşmasındakı səbri və təmkinliliyinə işarə edərək, deyib: Nüvə anlaşmasının avropalı üzvləri olduqca az fürsətə malikdirlər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Fransanın Tehrandakı yeni səfiri Filipp Tiyebonun etimadnaməsini təhvil alarkən əlavə edib: Nüvə anlaşmasının məhv olması İran, Fransa, bölgə və dünyanın xeyrinə deyildir.
Ruhani deyib: Bəzi mövzularda, o cümlədən dərman, tibb ləvazimatları və sərnişin təyyarələrinin ehtiyat hissələrinin idxalatı, qida maddələri və zavodların bəzi hissələrinin ticarətində Amerka tərəfindən İrana qarşı məhdudiyyət və qadağanın qoyulması tamamilə qeyri-insani olaraq, Amerikanın İran xalqı ilə geniş iqtisadi müharibəsinin nişanəsidir.
Fransanın Tehrandakı yeni səfiri Filipp Tiyebo da öz etimadnaməsini İran prezidentinə təqdim edərək, deyib: Tehran nüvə anlaşmasındakı bütün öhdəliklərinə əməl edib və Fransa dünya ictimaiyyətinin dəstəyinə malik olan bu anlaşmanı qoruyub saxlamağa çalışır.