Ruhani: İran xalqı düşmənlə mübarizənin yekun qalibidir
İran İslam Respublikası prezidenti bu gün İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanının “Salam” sərnişin terminalının istifadəyə verilməsi mərasimində bədxahların İran xalqı ilə savaşının əsasını iradələrin savaşı adlandırıb və vurğulayıb ki, İran xalqı ümid və yüksək əhval-ruhiyyə ilə düşməni öz məqsədlərinə çatmaqda məyus edəcək və iradələrin savaşının qalibi olacaqdır.
Həsən Ruhani söyləyib: Məyusluğu təlqin etmək istəyən düşmənlərin təzyiqlərinə rəğmən, İran xalqı hər gün ölkədə böyük ictimai hərəkət və iqtisadiyyatda yeni bir fəaliyyətin şahididir.
Ruhani əlavə edib: Amerikanın səylərinə baxmayaraq, İran rəsmiləri bütün beynəlxalq iclaslarda parlayırlar və İranın digər ölkələrlə əlaqələri yaxşıdır.
İran İslam Respublikası prezidenti bildirib ki, Amerika ilə qarşıdurmada dünya ölkələri İranı alqışlayırlar. O, deyib: İran beynəlxalq anlaşmalara, əhdə və imzaya sadiqdir və hazırda bütün dünya Amerikanı humanizm qaydalarına zidd, əhd və qanun pozan bir ölkə kimi tanıyır.
Ruhani aviasiya sənayesi və Çabahar limanı xüsusiyyət təşkil etməklə İranın tranzit yollarının genişlənməsini dünya ilə səmərəli anlaşma kimi qiymətləndirib və belə deyib: İranın hava məkanının dünyanın ən təhlükəsiz hava məkanlarından biri hesab olunması İran İslam Respublikasının tranzit gücünü göstərir.
İran İslam Respublikası prezidenti deyib: İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanının “Salam” sərnişin terminalı yerli müdirlər, mütəxəssislər və fəhlələrin səyləri nəticəsində düzəldilib. O, qeyd edib ki, bu gün bütün təzyiqlərə rəğmən, İranın aviasiya sənayesi dünyanın modern ölkələri səviyyəsindədir.