Ruhani: Amerikanın müdaxilə mahiyyətli hərbi iştirakı bölgə problemlərinin köküdür
İran İslam Respublikasının prezidenti Tehranın sabit münasibətini gərginliyin azaldılması, hər cür toqquşmadan uzaqgəzmə, bölgədə və bütün dünyada sülh və sabitliyin yayılması adlandırıb.
Həsən Ruhani Tehranda Beynəlxalq Parlamentlərarası Birliyin sədri Qabriela Kuevas Barron ilə görüşdə təkvektorluluğu müasir dünyanın böyük problemi adlandırıb və belə deyib: Bölgənin və dünyanın bir çox problemlərinin kökü, beynəlxalq qaydaları pozaraq, təkvektorluluq istiqamətində hərəkət edən Amerika xüsusiyyət təşkil etməklə bəzi ölkələrin diktatorluğudur.
İran prezidenti əlavə edib: Bu gün Amerika İran xalqına qarşı iqtisadi terrorizmə söykənib və hətta dərman və qida sahələrində belə sanksiya tətbiq edir.
Ruhani Amerikanın müdaxilə mahiyyətli hərbi iştirakını bölgə problemlərinin amili adlandırıb və belə deyib: Amerika pilotsuzunun İranın hava məkanına təcavüzü Amerika tərəfindən bölgədə yeni gərginliyin başladılması və mühüm su yolu olan Fars Körfəzi və Oman dənizinin təhlükəsizliyinin hədələnməsi deməkdir. Bu üzdən, bütün beynəlxalq təşkilatlar Amerikanın bu təcavüzkar hərəkətlərinə münasib cavab verməlidirlər.
Beynəlxalq Parlamentlərarası Birliyin sədri də İranın münaqişələrin dinc həllində və dünyada çoxvektorluluğun yayılmasındakı mühüm roluna işarə edərək, deyib: Nüvə anlaşması göstərdi ki, çoxvektorluluq, həmçinin bölgədə və dünyada sülhün bərqərarı üçün anlaşma önəmlidir və dünya İranın anlaşmadakı uğurlu təcrübəsindən dərs almalı və beynəlxalq razılaşmalara və danışıqlara hörmət etməlidir.