İyun 25, 2019 15:44 Asia/Baku
  • Ruhani: Sanksiya Amerika rəsmilərinin ağıllarını itirmələrinin nişanəsidir
    Ruhani: Sanksiya Amerika rəsmilərinin ağıllarını itirmələrinin nişanəsidir

İran İslam Respublikasının prezidenti bu gün İranın səhiyyə naziri və səhiyyə nazirliyinin müdirləri ilə görüşdə Amerikanın İrana qarşı yeni sanksyalar tətbiq etmək üzrə hərəkətinə işarə edərək, vurğulayıb: Nəinki İranın rəhbəri, həm də İslam İnqilabı vurğunlarının və bütün dünya müsəlmanlarının rəhbəri olan bir ölkənin ən yüksək siyasi, ictimai, dini və mənəvi rəsmisinin sanksiya edilməsi gülünc və həyasızcasına bir hərəkətdir.

Həsən Ruhani əlavə edib: Bu gün Livan, Suriya, Əfqanıstan, Pakistan, Hindistan və dünyanın digər nöqtələrindəki xalqların böyük bir hissəsi, o cümlədən şiə və qeyri-şiə İslam İnqilabının Böyük Rəhbərinin vurğunudur və o həzrətin fərmanlarına itaət edirlər. Və bir insanın ağlını itirərək, həyasızcasına hərəkətə əl atması gülməlidir.

İran İslam Respublikasının prezidenti əlavə edib: Amerika öz yeni sanksiyasında İslam İnqilabının Böyük Rəhbərinin əmlakının ələ keçirilməsini qeyd edib. İslam İnqilabının Böyük Rəhbərinin əmlakı yalnız bir hüseyniyyə və bir sadə evdir. İran rəhbəri dünyanın digər rəhbərləri kimi deyildir ki, öz xarici bank hesablarında milyonlarla dollar pula malik olmuş olsun ki, onu ələ keçirmək və ya dondurmaq istəsinlər.

Ruhani vurğulayıb: Amerika ağıl yolundan tamamilə çıxıbdır. Amerikalılar tərəfindən müzakirə şüarının verilməsi və bununla bir zamanda İranın xarici işlər nazirinin sanksiya edilməsi qərarının veilrməsi İran xalqının düşmənlərinin yalançılığını göstərir.

İran İslam Respublikasının prezidenti əlavə edib: İranın hava məkanına təcavüz etmiş Ameikanın casusluq pilotsuzu barədə demək lazımdır ki, İranın səbri İran İslam Respublikasının qırmızı xətlərinin əvvəlinədəkdir və ölkənin sərhədləri İran quruluşunun qırmızı xəttidir.

 

 

 

Teqlər