İyun 27, 2019 07:34 Asia/Baku
  • Ruhani: İran bölgədə savaş və qarşıdurma istəmir
    Ruhani: İran bölgədə savaş və qarşıdurma istəmir

İran İslam Respublikasının prezidenti deyib: İran bölgədə savaş və qarşıdurma istəmir, amma öz sərhədlərinə də təcavüz icazəsi verməyəcəkdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın casusluq pilotsuzunun İranın ölkə sularına qarşı təcavüzünə toxunaraq, deyib: Əgər bir düşmən İran sərhədlərinə təcavüz edərsə, İran İslam Respublikasının qırmızı xətlərindən keçmiş olubdur və İran ona möhkəm cavab verəcəkdir.

Ruhani tamamilə İran məhsulu olan zenit raket sisteminin Amerikanın casusluq pilotsuzunu vurduğunu bəyan edərək, əlavə edib: İran elm, texnologiya, sənaye, hərbi və mülki sahələrdə yaxşı irəliləyişlərə malik olubdur.

İran İslam Respublikasının prezidenti həmçinin ABŞ hökumətinin anti-İran siyasətlərinə işarə edib və belə deyib: Bu günlər Ağ Ev başını itirib və onun rəsmilərinin sözləri və çıxışları nalayiq və gülüncdür.

Ruhani İranın nüvə silahı əldə etməsi barədəki nigarançılığa dair Amerika prezidenti tərəfindən irəli sürülən iddiaya toxunaraq, deyib: Əgər Tramp İranın nüvə silahı əldə etməsindən nigarandırsa, bəs nə üçün çoxlu sayda atom silahına malik olan qəsbkar sionist rejim barədə sükut edibdir?

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran İslam İnqilabının Böyük Rəhbərini fitvası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin hesabatları əsasında atom silahı ardınca deyil. O, əlavə edib: Amerikalıların özləri sübut ediblər ki, onların sözləri əsassız, yalan və puçdur.

Ruhani amerikalılar və avropalıların yanlış və qeyri-düzgün yol seçdiklərini bəyan edərək, onlara tövsiyə edibdir ki, öz əhd-peymanlarına sadiq qalsınlar.

 

 

 

Teqlər