İran diplomatiya yolunu tam şəkildə açıq saxlayıb
İran İslam Respublikası prezidenti Fransa prezidentinin yazılı müraciətini aldıqdan sonra deyib ki, İran diplomatiya və müzakirə yolunu tam şəkildə açıq saxlayıbdır.
Həsən Ruhani dünən Tehranda Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn ilə görüşdə Fransa prezidenti Emmanuel Makron tərəfindən başlanmış fəaliyyətləri alqışlayaraq, ümidvar olduğunu bildiribdir ki, nüvə anlaşmasının tərəfləri qənaətbəxş nöqtəyə, yəni nüvə anlaşmasının tam şəkildə icrasına catmaq üçün bu fürsətdən istifadə edəcəklər.
Ruhani əlavə edib: İran İslam Respublikasının əsas məqsədi budur ki, nüvə anlaşmasında qeyd olunmuş öhdəliklər onun tərəfləri vasitəsilə tam şəkildə icra olunsun və əgər tərəflər öz öhdəliklərinə əməl edərlərsə, İran da öz öhdəliklərinin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atacaqdır.
Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn da bu görüşdə Fransa prezidenti Emmanuel Makronun yazılı müraciətini Ruhaniyə təqdim edibdir.
Tehrana səfər etmiş Fransa prezidentinin diplomatik müşaviri bundan öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşübdür.