İyul 23, 2019 07:47 Asia/Baku
  • Ruhani: Tehran-Bağdad hərtərəfli münasibətləri genişlənməkdədir
    Ruhani: Tehran-Bağdad hərtərəfli münasibətləri genişlənməkdədir

İran İslam Respublikasının prezidenti deyib: Tehran-Bağdad hərtərəfli münasibətlərinin günbəgün genişlənməsində təsirli addımlar davam edəcək.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşamçağı Tehranda İraqın baş naziri Adil Əbdulməhdinin başçılıq etdiyi heyətlə görüşdə qarşılıqlı münasibət və həmkarlıqların hazırkı şəraitdə genişlənməsini önəmli adlandırıb və belə əlavə edib: Bölgədə lazımi sabitlik və təhlükəsizliyin yaranmadığı bir şəraitdə Tehran-Bağdad hərtərəfli münasibət və həmkarlıqlarının genişləndirilməsi qəti şəkildə bölgənin təhlükəsizliyi və sabitliyinin genişlənməsi və artmasında təsirli olacaqdır.

“İran İslam Respublikası bölgədə və digər ölkələrlə gərginliklərin artmasını istəmir və heç vaxt savaş və gərginliyin başlayıcısı olmayacaqdır”- deyən Ruhani əlavə edib: İran tarix boyu Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizində gəmiçiliyin azadlığı və təhlükəsizliyin əsas qoruyucusu olub və bundan sonra da olacaqdır.

Bölgənin sabitliyi və təhülükəsizliyinin həmişə İran üçün önəmli olduğunu bildirən İran İslam Respublikasının prezidenti deyib: İran və İraq iki dost və qonşu ölkə kimi öz əməkdaşlıqlarını bölgənin stabilliyi və təhlükəsizliyinin genişləndirilməsi istiqamətində inkişaf etdirə bilərlər.

Adil Əbdulməhdi də deyib: İran və İraqın qardaşlıq və dostluq hissləri qarşılıqlıdır.

Bölgədə gərginlikləri artırmaq üzrə bəzi fitnələrə işarə edən İraqın baş naziri əlavə edib: İraq heç vaxt İrana qarşı sanksiyaların bir hissəsi olmayıb və olmayacaqdır da.

 

 

 

Teqlər