İyul 24, 2019 14:31 Asia/Baku
  • Ruhani: İran danışıqlar adı ilə təslimçilik masası arxasına keçməyəcəkdir
    Ruhani: İran danışıqlar adı ilə təslimçilik masası arxasına keçməyəcəkdir

İran İslam Respublikasının prezidenti vurğulayıb: İran ədalətli, qanuni və izzətli müzakirə aparmağa tam hazırdır, amma danışıqlar adı ilə təslimçilik masası arxasına keçməyəcəkdir.

Həsən Ruhani sonra vurğulayıb ki, İran İslam Respublikası bütün xarici təzyiqlərə rəğmən, quldurluqlara təslim olmayacaq.

O, deyib: İran Amerikanın nüvə anlaşmasından çıxmasından sonra qarşı tərəflərə bir il fürsət verdi ki, öz nüvə anlaşması öhdəliklərinə əməl edə bilsinlər, amma hazırda İrana qarşı neft sanksiyası və yeni şəraitlə İran İslam Respublikası öz nüvə anlaşması öhdəliklərini azaltmaq barədə qəti qərarlar çıxarıbdır.

İran prezidenti öz öhdəliklərini yerinə yetirmələri üçün İran tərəfindən nüvə anlaşmasında qalmış tərəflərə verilmiş 60 günlük fürsətlərə işarə edib və belə qeyd edib: Əgər ikinci 60 günlük fürsət də başa çatar və qarşı tərəflər bir iş görməzlərsə, İran mütləq üçüncü addımı atacaqdır.

O, Fars Körfəzi, Oman dənizi və Hörmüz boğazının təhlükəsizliyini İran üçün olduqca önəmli adlandırıb və belə söyləyib: İran Fars Körfəzi və Hörmüz boğazının təhlükəsizliyinin qorunmasının kənarında dünyanın digər su yolları, o cümlədən Babül-Məndəb boğazı və Hind Okeanının təhlükəsizliyi üçün də səy göstərir.

Ruhani Fars Körfəzi və Hörmüz boğazının təhlükəsizliyinin qorunmasının məsuliyyətinin İranın və qonşu ölkələrin üzərinə düşdüyünü bildirib.

O, deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Hörmüz boğazında İngiltərənin qanunpozan gəmisini müsadirə etmək üzrə addımı düzgün addım idi və bütün dünya Fars Körfəzinin təhlükəsizliyini təmin etdiyi üçün Sepah-a təşəkkür etməlidir.

İran prezidenti həmçinin vurğulayıb ki, İran İslam Respublikası heç vaxt gərginlik və toqquşma ardınca olmayıbdır.

O, deyib: İran bir ölkənin Fars Körfəzi və Hörmüz boğazında əmin-amansızlıq yaratmasına icazə verməyəcək və İranın bu bölgədəki addımları indiyədək qarşı tərəfin qanun pozuntuları ilə mütənasib olubdur.

 

 

 

Teqlər