Ruhani: Xarici hərbçilərin iştirakı bölgədə gərginliyin əsas amilidir
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, xarici qüvvələrin iştirakı nəinki bölgənin təhlükəsizliyinə kömək etməyəcək, əksinə gərginliyin əsas amili olacaqdır.
Həsən Ruhani bu gün Tehranda Omanın xarici işlər naziri Yusif bin Ələvi ilə görüşdə bildirib ki, İran və Oman Hörmüz boğazı bölgəsində təhlükəsizliyin təmininin əsas məsuliyyətini daşıyırlar. O, deyib: İran daima çalışır ki, Oman dənizi, Fars Körfəzi və Hörmüz boğazı azad beynəlxalq gəmiçilik üçün təhlükəsiz və mötəbər bir marşrut olmuş olsun.
İran prezidenti həmçinin İngiltərənin Cəbəluttariqdə İran tankerini müsadirə etməsini qanunsuz adlandırıb və belə vurğulayıb: İran Oman dənizi, Fars Körfəzi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini xətərə salacaq hər cür qanun pozuntusu qarşısında qüdrətlə dayanacaqdır.
Yusif bin Ələvi də bu görüşdə deyib: Bu gün bölgə saxta və vasitəçi böhranlardan keçməkdədir və qəti şəkildə İranın iştirakı olmadan bölgədə həqiqi və davamlı təhlükəsizliyin yaradılması mümkün olmayacaqdır.