Avq 01, 2019 12:37 Asia/Baku
  • İran prezidenti Şərqi Azərbaycan vilayətinə səfər edib
    İran prezidenti Şərqi Azərbaycan vilayətinə səfər edib

İran İslam Respublikası prezidenti bir neçə quruculuq layihəsini istifadəyə vermək üçün Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizə daxil olub.

İran prezidenti Həsən Ruhani bu gün Təbrizə birgünlük səfərdə quruculuq, su təchizatı, elektrik təchizatı, kənd təsərrüfatı, sənaye, turizm və iaşə xidmtələri sahələrində 521 layihəni istifadəyə verməlidir.

Gündə üç milyon litr benzin hasil edən Təbriz nefayırma zavodunun istehsal etdiyi benzinin keyfiyyətinin "Avro-5" standartına yüksəldilməsi layihəsinin istifadəyə verilməsi, 300 meqavatt tutumlu "Heris" kombinə edilmiş dövriyyə elektrik stansiyasının birinci blokunun açılışı və üç iri su təchizatı layihəsinin istifadəyə verilməsi İran İslam Respublikası prezidentinin Şərqi Azərbaycan vilayətinə səfərinin digər proqramlarından elan olunubdur.

Teqlər