Avq 01, 2019 18:53 Asia/Baku
  • İran prezidentinin iştirakı ilə Ş. Azərbaycan vilayətində bir neçə abadlıq layihəsi istifadəyə verilib
    İran prezidentinin iştirakı ilə Ş. Azərbaycan vilayətində bir neçə abadlıq layihəsi istifadəyə verilib

İran prezidentinin iştirakı ilə Şərqi Azərbaycan vilayətində bir neçə abadlıq layihəsi istifadəyə verilib.

Bir neçə layihəni istifadəyə vermək üçün bu gün Təbrizə daxil olmuş Həsən Ruhani Şərqi Azərbaycan vilayətində, "Heris" kombinə edilmiş dövriyyə elektrik stansiyasının birinci blokunu istifadəyə verib.

Həmçinin İran prezidentinin iştirakı ilə "Əsas yağ istehsal planları və sürtkü yağları", "Avro-5 keyfiyyətli dizel yanacağı istehsalı" və "İstehsal olunan benzinin keyfiyyətinin "Avro-5" standartına yüksəldilməsi" layihələrinə şamil olan Təbriz nefayırma şirkətinin inkişaf layihələri istifadəyə verilib.

İran prezidenti Təbrizə birgünlük səfərdə quruculuq, su təchizatı, elektrik təchizatı, kənd təsərrüfatı, sənaye, turizm və iaşə xidmtələri sahələrində müxtəlif layihələri istifadəyə veribdir.

 

Teqlər