Avq 24, 2019 13:49 Asia/Baku
  • Ruhani: İran xalqı əcnəbilərin qarşısında möhkəm dayanıb
    Ruhani: İran xalqı əcnəbilərin qarşısında möhkəm dayanıb

İran İslam Respublikasının prezidenti düşmənlərin İslam İnqilabına zərbə vurmaq üzrə fitnələrinə işarə edib. Vurğulayıb ki, İran xalqı əcnəbilərin qarşısında möhkəm dayanıbdır.

Həsən Ruhani bu gün nazirlər kabineti üzvlərinin İslam İnqilabının böyük banisi İmam Xomeyni(r.ə)-in amalları ilə əhd-peymanlarının təzələnməsi mərasimində İmam(r.ə), şəhidlər Mohəmməd Əli Rəcayi və Mohəmməd Cəvad Bahonərin xatirələrini yad edib.

O, dövlət həftəsi münasibətilə əlavə edib: İslam İnqilabının qələbəsindən 40 ildən çox bir vaxt keçir və İran İslam Respublikası quruluşu müqavimətlə həssas Yaxın Şərq bölgəsində qüdrətli İranı nümayiş etdiribdir.

Ruhani vurğulayıb ki, İranın xalqı və bütün məsul şəxslərinin birliyi, səyi və müqaviməti yenə də düşməni məyus edəcəkdir.

O, deyib: Düşmənlərin fitnələri  onların islami quruluşa zərbə vurmaqdan məyus olacaqları gün başa çatacaq. Beləliklə, İranın böyük hədəfi, düşmənləri məyus etməkdir.

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran dünya ilə münasib əlaqələr qurmaq üçün əlindən gələni edir. O, söyləyib: Amerikanın səriştəsiz, naşı hökuməti İran xalqı, region xalqları və hətta öz xalqı üçün bir çox çətinliyin yaranmasına bais olubdur.

İran prezidenti Mohəmməd Əli Rəcayi və baş naziri Mohəmməd Cəvad Bahonər 1981-ci ildə münafiqlər terror qaragüruhunun ünsürləri tərəfindən baş nazirlik ofisində törədilmiş terror partlayışında şəhid oldular.

Bu şəhidlərin xatirəsini anmaq üçün avqustun 24-dən 30-dək olan müddət "dövlət həftəsi" adlandırılıbdır.

Teqlər