Ruhani: İran xalqı birlik və müqavimətlə iqtisadi savaşda qələbə çalacaq
https://azeri.sahartv.ir/news/İran-i347475-ruhani_İran_xalqı_birlik_və_müqavimətlə_iqtisadi_savaşda_qələbə_çalacaq
İran İslam Respublikasının prezidenti deyib: İran xalqı Amerikanın İrana qarşı iqtisadi müharibəsinə vəhdət və müqavimətlə qalib gələcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2019 15:37 Asia/Baku
  • Ruhani: İran xalqı birlik və müqavimətlə iqtisadi savaşda qələbə çalacaq

İran İslam Respublikasının prezidenti deyib: İran xalqı Amerikanın İrana qarşı iqtisadi müharibəsinə vəhdət və müqavimətlə qalib gələcək.

Həsən Ruhani bu gün Tehranda 15-ci şəhid Rəcayi festivalında etdiyi çıxışında bədxahlar və düşmənlərin həmişə İran xalqına zərbə vurmaq niyyətində olduqlarını bildirərək deyib: Düşmənlərin iqtisadi müharibəsi İran xalqının qələbəsi ilə sona çatacaq.

Ruhani İran dövlətinin düşmənlərin məkirli polanları ilə qarşılaşmaqda özünün bütün gücünü səfərbər etdiyini bildirərək deyib: İran dövləti və xalqının birliyi İran İslam Respublikasının beynəlxalq dayirələrdəki qələbələrində səbəb olub.