Amerikanın hazırkı təcridi İranla düşmənçilik tarixində misilsizdir
İran İslam Respublikasının prezidenti Amerikanın hazırkı təcridini İranla düşmənçilik tarixində misilsiz adlandırıb.
Həsən Ruhani bazar ertəsi günü, Tehranın Mehrabad hava limanında BMT Baş Məclisinin yetmiş dördüncü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərə deyib: Bu gün İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq mövzusunda dünya ölkələrinin çoxu ABŞ-ı pisləyir. Hətta Vaşinqtonun məsələni MAQATE-yə təqdim etmək istəyinə belə məhəl qoymurlar.
Ruhani İran xalqına qarşı amansız sanksiyaları amerikalıların acizliyi və ümidsizliyinin əlaməti adlandırıb və belə deyib: İran xalqı sanksiyalar və düşmənlərin qarşısında qüdrətlə dayanıbdır.
İran İslam Respublikasının prezidenti Amerikanın Aramko neft obyektlərinə qarşı hücumla bağlı İrana qarşı ittihamları barədə isə belə deyib: Amerika bölgəni tam şəkildə öz hökmranlığı altına və ərəbistanın şərq bölgəsinin bütün neftini öz ixtiyarına almaq istəyir.
Ruhani sonra BMT Baş Məclisində şərh etməli olacağı “Hörmüz sülhü” layihəsinə toxunub. O, deyib: Bu layihə dünya xalqlarına elan edəcək ki, İran bölgədə uzunmüddətli bir sülh ardıncadır.
Ruhani vurğulayıb ki, İran “Hörmüz sülhü” layihəsi ilə Fars Körfəzi bölgəsi ölkələrinin kollektiv əməkdaşlığı ardıncadır. O, qeyd edib ki, amerikalılar 2001-ci ildən bölgədədirlər, amma heç vaxt bölgədə təhlükəsizlik yarada bilməyiblər. Buna görə, bölgənin problemləri onun ölkələri tərəfindən həll olunmalıdır.