Sen 26, 2019 13:32 Asia/Baku
  • Livan, İrlandiya, Liberiya və Senegal başçıları Ruhani ilə görüşüblər
    Livan, İrlandiya, Liberiya və Senegal başçıları Ruhani ilə görüşüblər

Livan, İrlandiya, Liberiya və Senegal prezidentləri dünən BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran İslam Respublikasının prezidenti ilə görüşüblər.

Həsən Ruhani bu görüşlərdə qarşı tərəflərlə qarşılıqlı münasibətlər, həmçinin son regional və beynəlxalq olaylar ətrafında fikir mübadiləsi aparıb.

BMT Baş Məclisinin 74-cü sessiyasında iştirak etmək üçün bazar ertəsi günü axşam Nyu-Yorka daxil olmuş İran prezidenti indiyədək Fransa və İsveçrə prezidentləri, Almaniya kansleri, həmçinin İsveç, İngiltərə, İspaniya, Yaponiya və Pakistanın baş nazirləri ilə görüşüb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani həmçinin dünən BMT Baş Məclisinin illik 74-cü sessiyasındakı çıxışında İranın regional və beynəlxalq mövqelərini bəyan və "Ümid" koalisiyası adlı regional sülh layihəsini təqdim edibdir.

Teqlər