Sen 27, 2019 19:09 Asia/Baku
  • İranın qərbində Sepah-ın quru qoşunlarının “Məhərrəm” manevri keçirilib
    İranın qərbində Sepah-ın quru qoşunlarının “Məhərrəm” manevri keçirilib

İranın qərbində yerləşən Kermanşah vilayətinin “Uramanat” bölgəsi və Şahu yüksəkliklərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının “Məhərrəm” təhlükəsizlik manevri keçirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı briqada generalı pasdar Mohəmməd Pakpour bu gün yerli qüvvələrin Məhərrəm manevrindəki roluna işarə edərək, ölkənin qərb sərhədlərinin təhlükəsizliyini qənaətbəxş dəyərləndirib və deyib ki, bu təhlükəsizlik dünyada nümunəvidir.

General Pakpour bildirib ki, “Məhərrəm” təhlükəsizlik manevri İran xalqının düşmənlərinin təhdidləri ilə mübarizə və xalqın davamlı təhlükəsizliyinə zəmanət vermək üçün icra olunub. O, əlavə edib: “Məhərrəm” təhlükəsizlik manevrinin yekun mərhələsi Sepah-ın quru qoşunlarının “Nəcəfi Əşrəf” regional qərargahı tərəfindən icra olunub.

Bu manevr düşmənin xəyali mövqelərinə qarşı hava hücumları, ağır artilleriya atəşi, pilotsuz, və modern rabitə təchizatlarından bəhrələnmək və təhlükəsizlik mehvəri ilə keçirilib.

 

 

Teqlər