İyun 20, 2020 09:00 Asia/Baku
  • Direktorlar Şurasının qətnaməsi siyasi tələbkarlıqdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü MAQATE-nin direktorlar şurasında anti-İran qətnamənin qəbul edilməsini qeyri-konstruktiv və qəbuledilməz adlandırıb. Deyib ki, bu qətnamə ABŞ-ın və üç Avropa ölkəsinin siyasi tələbkarlıqları və aşkar tamahkarlıqları deməkdir.

SəhərAzəri xəbər verir,Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının siyasi və qeyri-texniki qətnaməsini kökündən rədd edən Seyyed Əbbas Mousəvi vurğulayıb: İran İslam Respublikasının agentliklə ən yüksək səviyyədə əməkdaşlıq etdiyi bir halda, direktorlar şurasının qətnamə qəbul etməsi tamamilə qeyri-konstruktiv və məyusedicidir.

Mousəvi agentliyin tələblərinin Amerika başda olmaqla bəzi hökumətlər tərəfindən şişirdilməsini İran ilə agentlik arasındakı əməkdaşlıqların yolunda yeni bir böhranyaratma üzrə aşkar səy adlandırıb. Agentlik tərəfindən belə tələblərin irəli sürülməsinin şübhə doğurduğunu bildirən Mousəvi qeyd edib ki, Tehran-MAQATE münasibətlərində gərginlikyaratmanın məsuliyyəti bu qətnamənin əsasını qoyanların üzərinə düşür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin şəraiti dəqiq analiz etmək və bu qətnamənin arxasındakı hədəfləri tanımaqla onu müşaiyət etməkdən çəkinən dövlətlərə təşəkkür edibdir.

 

Teqlər