Zərifin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşməsi
İyul 14, 2020 22:00 Asia/Baku
İran İslam Respublikasının Xarici İşlər Naziri bu axşam Azərbaycan Respublikasının və Ermənistanın Xarici İşlər Nazirləri ilə ayrıca məsləhətləşmələr və danışıqlar aparıb.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən son toqquşmalardan sonra İran İslam Respublikasının Xarici İşlər Naziri bu axşam (15 iyul Çərşənbə axşamı) Azərbaycan Respublikasının və Ermənistanın Xarici İşlər Nazirləri ilə ayrıca məsləhətləşmələr və danışıqlar aparıb.
Həmin telefon danışıqlarında Məhəmməd Cavad Zərif tərəflərə təmkinli olmağı və mübahisələrin sülh yolu ilə həlli üçün danışıqlara başlamağı tövsiyə edərkən, İran İslam Respublikasının gərginliyin sona çatmasına kömək etməyə hazır olduğunu açıqladı.