Avq 11, 2020 17:48 Asia/Baku
  • İranda iki casus on il müddətinə azadlıqdan məhrum edilib

İranın Məhkəmə Halkimiyyətinin mətbuat katibi Almaniya, Britaniya və sionist rejimə casusluqda ittiham olunan iki casusu barədə on il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Bu Barədə İranın Məhkəmə Halkimiyyətinin mətbuat katibi Qulamhüseyn İsmaili keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, raket, nüvə, nano və müalicə sahəsi ilə bağlı müxtəlif məlumatları sionist rejim və Almaniyanın kəşfiyyat xidmətinə ötürməklə casusluqda ittiham olunan İranla Avstriyanın dostluq dərnəyinin baş katibi Məsud Müsahib,  on il müddətinə azadlıqdan məhrum edilib və bu hökm hazırda icra olunmaqdadır.

İsmaili əlavə edib: "ölkənin müxtəlif sahələri və həssas proyektləri ilə bağlı məlumatları Britaniyaya ötürməkdə ittiham olunan Şəhram Şirxani də on il müddətinə azadlıqdan məhrum edilib və bu hökm də hazırda icra olunmaqdadır".

Teqlər