Musəvi: "ABŞ İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməlidir"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi məqsədsiz adlandırılan sanksiyaların bir hissəsinin müvəqqəti şəkildə aradan qaldırılması ilə bağlı yayılan xəbərləri rədd edərək, deyib: "Əhatəli Müştərək Təşəbbüs Proqramı və 2231 saylı qətnaməyə əsasən, ABŞ nüvə sazişindən çıxdıqdan sonra tətbiq etdiyi bütün sanksiyaları ləğv etməli və ya zərərsizləşdirməlidir"
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bəzi medialar tərəfindən məqsədsiz adlandırılan sanksiyaların bir hissəsinin müvəqqəti şəkildə aradan qaldırılması ilə bağlı naməlun bir mənbəyə istinadla yaydığı xəbəri təkzib edib və belə bəyanatları məqsədi bəlli olmayan qeyri-real xəbər yaratma kimi dəyərləndirib.
ABŞ-ın sanksiya siyasətlərinin uğursuzluğunun ABŞ və Avropa arasında mübahisə mövzusuna çevrilməsi ehtimalını istisna etməyən Musəvi vurğulayıb: "İran İslam Respublikasına aid olan məsələ budur ki, ABŞ-ın birtərəfli sanksiyaları qanunsuz və zalımcasınadır.
ABŞ prezidenti Donald Tramp 2018-ci il may ayının 18-də Vaşinqtonun Əhatəli Mütərək Təşəbbüs Proqramından irəli gələn öhdəliklərini pozaraq, birtərəfli şəkildə bu beynəlxalq anlaşmadan çıxdığını və nüvə sanksiyalarının yenidən qüvvəyə mindiyini elan edib.