İran Pompeonun iddiasını rədd etdi
İran Pompeonun iddiasını rədd etdi
"Bu gün Əfqanıstanda şahidi olduqlarımız ABŞ-ın militarist və müdaxilə xarakterli siyasətlərinin nəticəsidir"
Səhər Azəri bildirir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə söyləyib.
Səid Xətibzadə ABŞ dövlət katibi Mayk Pompeonun İranın Talibana silah verməsinə dair iddiasını rədd edərək, deyib: Mayk Pompeonun iddiaları ağ yalan olmaqla yanaşı ümumi fikri və Əfqanıstan xalqının diqqətini Vaşinqtonun İŞİD-ə olan yardımlarından yayındırmağa hesablanmış iddiadan başqa bir şey deyil.
İran XİN sözçüsü daha sonra deyib: ABŞ hələ də Əfqanıstanda NATO-nun əzarəti altında olan ərazilərdə İŞİD terrorçularına yardım məqsədilə havaya qalxan helikopterlərin mənsubiyyətinə aydınlıq gətirməkdən boyun qaçırdır.
Fars xəbər agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Mayk Pompeo bir müsahibədə deyib: Biz rusların keçmişdə Taliban-ı silahlandırdığını bilirik. Bİz hazırda da İranın Taliban-ı silahlandırdığını bilirik. Biz bu məsələlərdən agahıq.