Avq 21, 2020 04:30 Asia/Baku
  • Avropa Troykası: ABŞ-ın tətik mexanizmi ilə bağlı fəaliyyətini dəstəkləmirik

BMT Təhlükəsizlik Şurasına üzv olan üç Avropalı dövlət, ABŞ-ın İrana qarşı tətik mexanizmindən istifadə etməsini dəstəkləmədiklərini açıqlayıb.

SəhərAzəri xəbər verir, Bir nüsxəsi İngiltərənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir: "Birləşmiş Ştatlar, 20 Avqustda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bir məktub yazaraq, tətik mexanizminin işə salınmasını istəyib. Halbuki bunu Nüvə sazişinin iştirakçılarından biri , 2231 saylı qətnamə ilə 2015-ci ildə qaldırılmış çoxtərəfli sanksiyaların bərpasına çağırış edə bilər.
Bəyanatda bildirilir: “Fransa, Almaniya və İngiltərə (Böyük Britaniya) ABŞ-ın BMT Təhlükəsizlik Şurasında 8 May 2018-ci il tarixində Nüvə sazişindən iştirakını dayandırdığını düşünərək,Təhlükəsizlik Şurasının üzvlərinə və Baş Katibə elan ki Nüvə sazişinin qorunması üçün hazırkı səylərimizə zidd olan bu (ABŞ) hərəkətini dəstəkləyə bilmərik.”
Bəyanatda əlavə edilərək bildirilib: “Avropa üçlüyü çoxtərəfliliyin təməlində olan prosesləri və mexanizmləri qorumağa sadiqdir. Buna görə BMT Təhlükəsizlik Şurasının bütün üzvlərini Şuradakı fikir ayrılıqlarını dərinləşdirən və ya ciddi mənfi nəticələrə səbəb olacaq hər hansı bir hərəkətdən çəkinməyə çağırırıq.”

Teqlər