Avq 28, 2020 13:53 Asia/Baku
  • Fransa İran-MAQATE razılaşmasını alqışlayıb

Paris İranın MAQATE-yə iki nüvə saytına əlçatanlıq vermək qərarını alqışlayıb və onu düzgün yolda atılan addım adlandırıbdır.

SəhərAzəri xəbər verir, İran-MAQATE razılaşmasını alqışlayan Fransa Xarici İşlər Nazirliyi dünən agentliyin tərəfsiz və peşəkar rəftarını yüksək qiymətləndirib. Bildirib ki, İranın bu öhdəliyi bu ölkənin agentliklə yekunlaşdırılmış anlaşmasının icrasının bir hissəsidir.

Bundan öncə Çin də həmin razılaşmanı alqışlayaraq, iki tərəfin nüvə anlaşmasının icrası istiqamətində təsirli həmkarlığı barədə ümidvarlıq etmişdi.

İran İslam Respublikası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik agentliyin baş direktoru Rafael Qrossinin Tehrana ikigünlük səfəri və İran rəsmiləri ilə müzakirələrinin sonunda müştərək bir bəyanatda agentlik tərəfindən müəyyən edilmiş məsələlərin xoşməramlılıqla həllindən xəbər verdilər.

Teqlər