Okt 04, 2020 17:06 Asia/Baku
  • İranın Bakıdakı səfirliyi bəyanat yayıb

İranın Bakıdakı səfirliyi Dağlıq Qarabağla bağlı gedən son qarşıdurmalara reaksiya verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Bakıdakı səfirliyi mülki şəxslərə və mülki mərkəzlərə edilən hücumu pisləyərək açıqlama yayıb.
İran İslam Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının mülki şəxslərinə və qeyri hərbi obyektlərə edilən hücumlar barədə bir bəyanat yayaraq, həmin hücumları qınayıb.
İran İslam Respublikasının Bakıdakı Səfirliyi, Ombudsman Aparatı da daxil olmaqla  Azərbaycan Respublikasının rəsmi mənbələrinə istinadla, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonda Azərbaycan və Ermənistan arasında yeni toqquşmalar dalğasının başlanmasından bəri 19 nəfər günahsız insanın öldürüldüyünə, 63 nəfərın yaralanmasına, 44 mülki yer və obyektin və 181 evin dağılmasına işarə ilə, mülki bölgələrə edilən artilleriya hücumlarını kəskin şəkildə qınayıb.
Bəyanatda deyilib: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, insan hüquqlarına və beynəlxalq humanitar hüquqa hörmət göstərilməsinin vacibliyini vurğulayaraq, silahlı qarşıdurmanı tənzimləyən adət, norma və prinsiplərə və beynəlxalq qaydalara, o cümlədən Cenevrə Konvensiyalarına (1949) və Əlavə Protokollarına (1977),  xüsusilə Mülki Qoruma Dördüncü Cenevrə Konvensiyasına riayətin vacibliyini bildirib,  Günahsız insanların hüquqlarının pozulmasını və mülki şəxslərin öldürülməsini və yaralanmasını, mülki yerlərin, obyektlərin və mülklərin dağıdılmasını və zərər görməsini qətiyyətlə pisləyir və ölənlərin ailələrinə başsağlığı verir.”

Teqlər