Okt 04, 2020 22:38 Asia/Baku
  • Altı aylıq fasilədən sonra İran Hava Yollarının Almaniyaya uçuşu

İran İslam Respublikasının "Iran Air" hava yolları şirkətinə aid bir təyyarə, altı aylıq fasilədən sonra iki Almaniyanın birləşməsinin 30-cu ildönümündə eniş edib.

SəhərAzəri xəbər verir, İranın Almaniyadakı səfirliyi Twitter hesabında yazıb: “İran İslam Respublikasının "Iran Air" hava yolları şirkətinin təyyarəsi, altı aylıq fasilədən sonra iki Almaniyanın birləşməsinin 30-cu ildönümündə eniş edib.
Berlin divarının çökməsi saxta və tətbiq edilmiş sərhədlərin qaldırılması və qarşılıqlı fəaliyyətə və çoxtərəfliliyə diqqət yetirməyin lazım olduğunu simvollaşdırır.”
Almaniyanın Tehrandakı səfiri Hans da tweet edib: “Həyat yoldaşım Lillian və mən Səfirin iqamətgahında bir qrup insanla Alman Birliyi Gününü qeyd etmək istərdik! Təəssüf ki, bu, covid19 şərtləri və sağlamlığı və sağlam həyatı qorumaq üçün sosial məsafəyi riayət səbəbindən mümkün olmadı. Gələcəyə inamla baxaq.

Teqlər