Okt 26, 2020 16:42 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 459 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə beş min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 337 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 960 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 135 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 574 min 856 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 337 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 32 min 953 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 459 min 250 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər