ABŞ-ın müdaxiləsi ilə korona İranda daha ölümcül olur
https://azeri.sahartv.ir/news/İran-i368942-abŞ_ın_müdaxiləsi_ilə_korona_İranda_daha_ölümcül_olur
Ölkəmizin Xarici İşlər Nazirliyi bir Tvitter mesajında, koronavirus epidemiyasına qarşı mübarizəyə baxmayaraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların dağıdıcı təsirini qeyd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2020 11:38 Asia/Baku
  • ABŞ-ın müdaxiləsi ilə korona İranda daha ölümcül olur

Ölkəmizin Xarici İşlər Nazirliyi bir Tvitter mesajında, koronavirus epidemiyasına qarşı mübarizəyə baxmayaraq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların dağıdıcı təsirini qeyd edib.

SəhərAzəri xəbər verir, Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində qeyd edib: Koronanın hər yerdə ölümcül, dağıdıcı və qəddar olduğu sübut edilmişdir; Ancaq ABŞ rejimi kimi amansız bir ortağı olduğu üçün İranda daha ağır nəticələrlə müşayiət olunub.
Ölkəmizin Xarici İşlər Nazirliyi əlavə edib: ABŞ sağlamlıq terrorizmi barədə təzyiqini artırıb və İran xalqını bu epidemiyaya qarşı mübarizə apararkən qeyri-insani sanksiyalara məruz qoyub.
Bu vəziyyəti aradan qaldıracağıq, amma heç vaxt unutmayacağıq.